Küləkli və yağıntılı FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Küləkli və yağıntılı FAKTİKİ HAVA

Sosial

19 May 2025 16:27 255


Mayın 19-u saat 16:00-a olan faktiki hava açıqlanıb.

Yenisabah.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qusarda 24 (Şahdağ), Goranboyda 23, Naftalanda 22, Şirvan və Gəncədə 20, Kəlbəcərdə 19, Tərtərdə 18, Culfada 16, Şəmkir, Biləsuvar, Tovuz və Ağstafada 15 m/s-dək güclənir. Pepperoni pizza

Kəlbəcər, Laçın, Quba, Xaltan, Şabran və Qusarda isə arabir yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Aran rayonlarında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!