Külli miqdarda qaçaq siqaret müsadiqə olundu

saytların hazırlanması

Evə çatdırılma

Külli miqdarda qaçaq siqaret müsadiqə olundu

Maraqlı

22 Oktyabr 2022 14:05 972


Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaret aşkar edilərək götürülüb. 

Bu barədə Yenisabah.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57 560 ədəd, ümumilikdə 2 fakt üzrə 92 960 ədəd müxtəlif markalı siqaret aşkar edilib. Marqarita pizza

Hər iki faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!