Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

Maraqlı

02 Avqust 2022 11:57 989


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan, İsmayıllı rayonu Tircan kəndi ərazisində isə qanunsuz tibb zəlisi tutan şəxslər saxlanılıb. 

Bu barədə "Yeni Sabah"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakini Ələddin Qasımov, İsmayıllı rayon sakini İlqar Nuruyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Toyuqlu pizza

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəsmisi onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala və Tovuz rayonları ərazisindən keçən hissəsindən ümumilikdə 1640 metr uzunluğunda sintetik tor yığışdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!