Kür çayının 53 kilometri sintetik torlardan təmizləndi

saytların hazırlanması

Evə çatdırılma

Kür çayının 53 kilometri sintetik torlardan təmizləndi

Hadisə

29 Aprel 2021 12:43 774


Kür çayının 53 kilometrdən artıq sahəsi sintetik torlardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Kür çayının Bərdə və Ağcabədi rayonları ərazisindən keçən hissəsində baş tutub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, aksiyada məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, sivil balıq ovunu təşviq etmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!