Kür sahilində dovşan ovlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Kür sahilində dovşan ovlayan şəxs saxlanıldı

Hadisə

20 Sentyabr 2021 16:21 658


Tovuz rayonunda qanunsuz ov edən şəxs aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a bildirilib ki, sentyabrın 19-da qanunsuz ov etdiyinə görə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əlimərdanlı kənd sakini İftixar Səmədov saxlanılıb.

Araşdırmalarla onun özünə məxsus müvafiq sənədləri olan "Toz-87" markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub. pizza hut

İ.Səmədov saxlanılıb, ona məxsus ov tüfəngi və ovladığı 2 ədəd çöl dovşanı maddi sübut kimi götürülüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!