Kür sahilində narkotik yetişdirən şəxs tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Kür sahilində narkotik yetişdirən şəxs tutuldu 

Maraqlı

13 May 2023 11:12 741


Neftçala Rayon Polis Şöbəsinə Kür çayının rayonun Pirəbbə kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan həmin kənd sakini Nəcib Məmmədov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb.  pizza hut

Həmin əraziyə keçirilən baxış zamanı hündürlüyü 37-142 sm arası olan 68 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 

Aşkar olunan faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!