Ötən gün Kürdə batan 14 yaşlı Əsmanın axtarışları davam edir.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün səhər saatlarından FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları axtarışlara başlayıblar.
Günü ikinci yarısında əlavə olaraq ikinci dalğıc-axtarlş dəstəsi də axtarışlara qoşulub. Eyni zamanda yeniyetmənin tapılması istiqamətində kənd sakinləridə səfərbər olaraq kiçik taxta qayıqlarla axtarışlar aparırlar. Hazırda axtarışlar böyük bir ərazidə davam edir. Toyuqlu pizza
Telegram kanalımız