Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş...   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş... - Fotolar

Hadisə

03 Fevral 2021 23:39 659


Xəbər verdiyimiz kimi, yanvarın 31-də Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıq batıb və iki nəfər itkin düşüb. Bu gün itkin düşənlərdən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Yenisabah.az xəbər verir ki, Ramin Sadıxbəyli Vətən müharibəsi iştirakçısı olub. O, döyüşə Səfərbərlik xidmətinin çağırışı ilə yollanıb. Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən Sadıxbəyli, yanvarın əvvəlində tərxis olunaraq evə qayıdıb.

Məlumata görə, Bakıda yaşayan Ramin Mingəçevirə qonaq gedibmiş. O, sabah paytaxtda torpağa tapşırılacaq. pizza mizza

Qeyd edək ki, hadisə nəticəsində itkin düşən digər şəxs - 1980-ci il təvəllüdlü Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!