Kürdə batan şəxsin axtarışları 4 gündür davam etdirilir

saytların hazırlanması

Evə çatdırılma

Kürdə batan şəxsin axtarışları 4 gündür davam etdirilir

Hadisə

08 Mart 2024 18:39 694


Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində 4 mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Belə ki, gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Əlavə məlumat veriləcək. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!