Kürdə batan şəxsin kimliyi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Kürdə batan şəxsin kimliyi məlum oldu

Hadisə

24 İyun 2024 20:40 576


Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Kürün Bankə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlunun paltarı Kürün sahilində tapılıb. pizza hut

Bundan sonra R.Babayevin çayda boğulduğu ehtimal edilərək aidiyyəti qurumlara məlumat verilib.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub. Hazırda axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!