Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı

Kriminal

08 Mart 2021 14:35 677


Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!