Kürdə gəzinti qayığı çevrildi, iki nəfərin batdığı ehtimal olunur

saytların hazırlanması

Evə çatdırılma

Kürdə gəzinti qayığı çevrildi, iki nəfərin batdığı ehtimal olunur

Hadisə

31 Yanvar 2021 21:24 873


Kür çayında gəzinti qayığı batıb.

Yenisabah.az xəbər verir ki, hadisə Kür çayının Mingəçevirdən Yevlax rayonu ərazisinə uzanan hissəsində baş verib.

Daxil olmuş çağırış əsasında FHN-in Aran dalğıc axtarış qrupu qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb. İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir. /APA Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!