Kürdə hadisə: Qayıqçı 2 nəfəri boğulmaqdan xilas etdi

saytların hazırlanması

Evə çatdırılma

Kürdə hadisə: Qayıqçı 2 nəfəri boğulmaqdan xilas etdi

Hadisə

31 Yanvar 2020 16:41 1263


Mingəçevirdə Kür çayında batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib. 

"Yeni Sabah" xəbər verir ki, bu gün axşam saatlarında Kür çayının Mingəçevirdən keçən hissəsində orta yaşlı qadın naməlum səbəbdən çaya düşüb. Onun boğulduğunu görən 16-17 yaşlarında oğlan qadını xilas etmək üçün özünü çaya atıb. Ancaq bu zaman həm qadın, həm də yeniyetmə batmaq təhlükəsi ilə üzləşib. 

Hadisənin şahidi olan 27 yaşlı Rüstəm Ellazov idarə etdiyi motorlu qayığı ilə onların köməyinə çataraq, hər ikisini xilas edib.  pizza mizza

Hər iki şəxs sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!