Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlandı

Kriminal

29 May 2021 00:41 1703


Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 45 yaşlı rayon sakini Cəfərov Famil Əlişiraz oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Qurbanov Famil Zeynal oğlu tərəfindən 5 bıçaq xəsarəti alıb. pizza mizza

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!