Kürdəmirdə 78 yaşlı kişi itkin düşdü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə 78 yaşlı kişi itkin düşdü - FOTO

Hadisə

22 İyun 2021 10:01 729


Kürdəmir rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, 78 yaşlı Kamil Ərəbov iyun ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Kamil Ərəbovun əlamətləri belədir: arıq bədən quruluşlu, ağ saçlı, gözlərinin və qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində ağ zolaqları olan qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara qəngli ayaqqabı olub. pizza sifarişi

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Kürdəmir Rayon Polis Şöbəsinə (+9942025) 5-04-10 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!