Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - Fotolar

Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - Fotolar

Hadisə Veb saytların hazırlanması

20 Noyabr 2023 21:13 582


Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Yenisabah.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb.

VAZ-2106 markalı avtomobil həmin yolda hərəkətdə olarkən əks istiqamətdə gələn VAZ-21011 markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!