Kürdəmirdə ağır yol qəzası:   7 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə ağır yol qəzası: 7 nəfər yaralandı

Hadisə

01 Oktyabr 2024 01:41 772


Kürdəmir rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yolundan çıxaraq Gəncə istiqamətində hərəkət edən "KamAZ" markalı yük maşını ilə toqquşub. pizza sifarişi

Nəticədə "Mercedes"in ağır xəsarət alan sürücüsü Yevlax sakini 25 yaşlı İbrahimov Tofiq Maqbet oğlu, eyni rayondan olan sərnişinlər – 45 yaşlı Məmmədova Elmira Əziz qızı,19 yaşlı Abdullayeva Təhminə Nadir qızı, 23 yaşlı Məmmədov Teymuraz Muraz oğlu, 65 yaşlı Məmmədova Solmaz İbrahim qızı, 10 yaşlı M.Z. və ikiaylıq körpə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!