Kürdəmirdə ağır yol qəzası: Yaralılar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə ağır yol qəzası: Yaralılar var - Fotolar

Hadisə

14 Yanvar 2020 22:15 1093


Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Sadıqov Ayaz Qismət oğlu “QAZ-3110” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan,1981-ci il təvəllüdlü Gəncə sakini Cəfərov Fərid Maarif oğlunun idarə etdiyi “Ford” tranzit markalı mikroavtobusa çırpılıb. Nəticədə “Ford” yoldan çıxaraq aşıb. pizza hut

Hadisə zamanı “QAZ-3110”un sürücüsü A.Sadıqov, “Ford”un sürücüsü F.Cəfərov və onun sərnişini, 1979-cu il təvəllüdlü Gəncə sakini Cavadzadə Mikayıl Fəxrəddin oğlu müxtəlif növ ağır bədən xəsarəti alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!