Kürdəmirdə avtomobil aşdı,   3 nəfər öldü, yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə avtomobil aşdı, 3 nəfər öldü, yaralı var

Hadisə

13 Noyabr 2020 18:40 1021


Kürdəmir rayonunda yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər - Ağdam rayon sakinləri - 53 yaşlı Rabil Rəhbər oğlu İsmayılov, 67 yaşlı Ayulduz Qubat qızı Hümbətova və Zərdab rayon sakini, 53 yaşlı Zemfira Cümşüd qızı Mehdiyeva ölüb, 1 nəfər - Ağdam rayon sakini, 65 yaşlı İbrahim Qubat oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətlərialıb. pizza hut

Faktla bağlı araşdırma aparılır.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!