Kürdəmir rayonunda yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Bakı - Qazax avtomobil yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mitsubishi” markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Quliyev Ceyhun Əvəz oğlu idarəetməni itirib. Toyuqlu pizza
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
/Report
Telegram kanalımız