Kürdəmirdə bıçaqlanma

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə bıçaqlanma

Kriminal

01 İyun 2021 09:36 1145


28 may 2021-ci il tarixdə saat 22 radələrində Kürdəmir rayonu ərazisində rayon sakini Famil Cəfərovun bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan “Yeni Sabah”a daxil olan xəbərrə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Famil Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Famil Cəfərovu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. pizza sifarişi

Famil Qurbanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!