Kürdəmirdə dəhşətli qəza: Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə dəhşətli qəza: Ölənlər var

Hadisə

19 İyun 2024 12:33 475


Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəyli kəndi ərazisində aşıb.

Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb. pizza hut

Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.

Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.

Sürücü Əflatun Umudov ağır vəziyyətdə Bakıya gətirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!