Kürdəmirdə hamilə qadın güllə yarası ilə xəstəxanalıq oldu

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə hamilə qadın güllə yarası ilə xəstəxanalıq oldu

Kriminal

11 May 2020 22:17 961


Kürdəmir rayonunda silahlı insident olub.

Yenisabah.az xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb. Dördpendirli pizza

Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar.

Qeyd edək ki, güllə xəsarəti alan K.Mövlayeva iki aylıq hamilədir.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!