Kürdəmirdə “KamAZ” aşdı - Sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə “KamAZ” aşdı - Sürücü öldü

Hadisə

02 İyun 2024 17:57 603


Kürdəmirdə “KamAZ” markalı yük maşını aşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük maşınının sürücüsü 1964-cü il təvəllüdlü Qələndərov İntiqam İsrayıl oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Sezar pizza

Avtomaşın əvvəlcə yol kənarındakı beton lövhəyə çırpılıb, daha sonra yol kənarına aşıb.

Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alıb.

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!