Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu

Kriminal

07 Aprel 2020 23:40 949


Kürdəmirdə karantin rejimini pozan rayon sakinləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Yenisabah.az xəbər verir ki, koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar karantin rejiminə əməl etməyən bəzi vətəndaşlar polis tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.

Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gün ərzində mütəmadi reydlər həyata keçirir və karantin qaydalarına riayət etməyənləri inzibati qaydada cərimə edirlər. Təkcə bu gün ərzində polis şöbəsinin əməkdaşları 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq edib. Onlardan 17 nəfəri barəsində inzibati qaydada 100 və 200 manat məbləğində cərimə, 2 nəfəri barəsində isə inzibati həbs tətbiq olunub. /Report pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!