Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.
“Mitsubishi” markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Dominos pizza
Nəticədə avtomobildə olan sürücü və sərnişin suda boğularaq dünyasını dəyişib.
Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız