Kürdəmirdə məsciddən axundun qəlyanı oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə məsciddən axundun qəlyanı oğurlandı

Hadisə

14 Avqust 2024 18:11 1115


Kürdəmirdə məsciddən axundun səsgücləndiricisini oğurlayan şəxsə hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, hadisə Kürdəmir şəhərindəki məsciddə baş verib.

1988-ci ildə Kürdəmir şəhərində anadan olmuş Yengibar Məmmədov adlı şəxs məscidin bağlı olmasından istifadə edərək yan pəncərəni daşla sındıraraq içəri daxil olub, dolabın içərisində olan saxlanc yeri hesab edilən dəmir qutunu açaraq içərisindən 250 manat dəyərində "Zoodo ZO 120MP/PV" markalı səsgücləndirici aparatı, bir ədəd elektron qəlyan və bir ədəd inhalyator aparatını oğurlayıb. Dominos pizza

Yengibar Məmmədov oğurladığı səsgücləndiricini Bakıda, 20 yanvar dairəsi adlandırılan yerdə 60 manata satıb. Onun həmin gün Kürdəmirdə mağazadan siqaret də oğurladığı məlum olub.

Həmin şəxs saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə məscidin dini icmasının sədri, axund Aqil Əliyev təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulub.

Məsciddən götürülmüş elektron qəlyan və inhalyator aparatı geri qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!