Kürdəmirdə mikroavtobus su kanalına düşdü: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə mikroavtobus su kanalına düşdü: Xəsarət alanlar var

Hadisə

10 İyul 2024 22:04 845


Kürdəmirdə idarəetmədən çıxan "Mercedes-Benz" markalı mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 1988-ci il təvəllüdlü Ceyhun Canpolad oğlu Abdullayev "Mercedes-Benz" markalı mikroavtobusla hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Yusif Ramil oğlu Əhədov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar. Marqarita pizza

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!