Kürdəmirdə mikroavtobus traktorla toqquşdu, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə mikroavtobus traktorla toqquşdu, xəsarət alanlar var

Hadisə

21 Yanvar 2020 18:12 1199


Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün rayonun Salyan kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Aqil Səmid oğlu Babayevin idarə etdiyi qoşqulu traktorla “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. /APA Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!