Kürdəmir rayonunda yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşınına hərəkətdə olarkən arxadan gələn “VAZ-2109” markalı avtomobil çırpılıb. Nəticədə VAZ-da olan sərnişin, 46 yaşlı Bakı sakini Həsənov Natiq Rəşid oğlu xəsarət alıb. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız