Kürdəmirdə narkotik yetişdirən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə narkotik yetişdirən tutuldu

Kriminal

13 Avqust 2022 12:13 1110


Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb. 

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayonun Muğanlı kənd sakini Arif Novruzov olduğu müəyyən edilib. pizza

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan bir kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq A.Novruzovun yaşadığı ünvana keçirilən baxış zamanı isə fərdi yaşayış evindən təmiz çəkisi 480 qram olan marixuana, eləcə də həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, A.Novruzov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!