Kürdəmirdə piyadanı vurub qaçmaq istəyən sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə piyadanı vurub qaçmaq istəyən sürücü saxlanıldı

Kriminal

16 Sentyabr 2021 09:41 512


Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan ”QAZel”markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Ağabalıyev Hacı Adil oğlunu vurub. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. “QAZel”in sürücüsü hadisə yerindən yayınmaq istəsə də onun niyyəti baş tutmayıb. YPX-nin əməkdaşları onu saxlayaraq, məsuliyyətə cəlb ediblər.  pizza hut

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!