Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kriminal

16 Sentyabr 2021 11:39 494


Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Kürdəmir rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin qardaşı,1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pepperoni pizza

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!