Kürdəmirdə qarət: 3800 manat pul, 6 ədəd xalça, 3 ədəd televizor...

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə qarət: 3800 manat pul, 6 ədəd xalça, 3 ədəd televizor...

Kriminal

13 İyul 2021 11:01 908


Kürdəmirdə evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, iyul ayının 4-də Kürdəmir rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 3800 manat, 700 ABŞ dolları, altı ədəd xalça, 3 ədəd televizor və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Şahin Şıxaliyev və Raqif Qədirov saxlanılıblar. Pepperoni pizza

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!