Kürdəmirdə sürücü idarəetməni itirdi: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə sürücü idarəetməni itirdi: Xəsarət alanlar var

Hadisə

31 Yanvar 2026 23:29 578


Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 32 yaşlı sürücü Pərvanə Əliyeva Bakı istiqamətində hərəkət edərkən "Toyota" markalı avtomobillə idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb. Dördpendirli pizza

Qəza zamanı avtomobildə olan 31 yaşlı Akif Əliyev, 66 yaşlı Təranə Xəlilova və 19 yaşlı Aytən Xasıyeva müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbi araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!