Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes-Benz” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb./APA Marqarita pizza
Telegram kanalımız