Kürdəmirdəki qətllə bağlı rəsmi məlumat

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdəki qətllə bağlı rəsmi məlumat

Kriminal

23 İyun 2021 11:14 754


İyunun 22-i Ruslan Əsədovun ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenisabah.az-a Kürdəmir Rayon Prokurorluğundan bildirilib.

Aparılan ilkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!