Kürdəmirdəki zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdəki zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib

Hadisə

03 Sentyabr 2023 22:41 808


Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.

Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar. Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir. Sezar pizza

Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!