Kürdən 5 yaşlı uşağın meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Kürdən 5 yaşlı uşağın meyiti tapıldı

Hadisə

14 Aprel 2021 10:05 578


Aprelin 9-da Kürdə batan 5 yaşlı uşağın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!