Kürəkən arvadını, qayınanasını və qaynını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Kürəkən arvadını, qayınanasını və qaynını bıçaqladı

Kriminal

08 Sentyabr 2021 09:51 954


Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Hadisə Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilalə Əlifağa qızı çoxsaylı bıçaq xəsarətləri alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İ.Zərbəliyev əməliyyat edilib. Əməliyyatdan sonra vəziyyəti ağır olan yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Toyuqlu pizza

Hadisəni törətməkdə rayonun Məmişər kənd sakini, G.Zərbəliyevanın həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ramil Tarverdiyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır. /Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!