Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Axıska kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Əliyev İlqar Ağakişi oğlu və onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Əliyeva Ziyafət Səməd qızı kürəkənləri tərəfindən bıçaqlanıb. Yaralılar çoxsaylı bıçaq yaraları ilə Şirvan xəstəxanasına yerləşdirilib. Marqarita pizza
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./APA
Telegram kanalımız