Kürəkəni Ramiz Mehdiyevdən danışdı:   “Axı onun Göyçayda nə işi vardı?”

saytların hazırlanması

Evə çatdırılma

Kürəkəni Ramiz Mehdiyevdən danışdı: “Axı onun Göyçayda nə işi vardı?”

Sosial

12 May 2020 11:23 4468


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ölümü ilə bağlı yayılan xəbərlərə akademikin kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev aydınlıq gətirib. 

Yenisabah.az xəbər verir ki, o, Demokrat.az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını bildirib:

"Ramiz Mehdiyev Novruz bayramı günündən bəri Bakıda evindədir, karantin qaydalarının tələblərinə uyğun olaraq evdən bayıra çıxmayıb. Biz də onunla görüşmək istəyəndə yanına gedirik. Səhhəti normal və qaydasındadır. Artıq bir həftədir ki, işinin başına dönüb. Hazırda da Ramiz müəllim AMEA-da işinin başındadır".  pizza sifarişi

Sabiq deputat deyib ki, Ramiz Mehdiyevin Göyçayda dincəlməsi barədə yayılan məlumatlar da tamamilə yalandır:

"Ağsaqqal Novruz bayramı günündə Bakıda evində olub. Ağsaqqalın ad gününü Göyçayda keçirməsi barədə yayılan xəbərlər yalan idi. Ramiz müəllim ad gününü Bakıda övladlarının və nəvələrinin yanında keçirib. Həmin günü mən də yanında olmuşam. Axı onun Göyçayda nə işi vardı? Gedib Göyçayda nə edəcəkdi?".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!