Kürəkənini qətlə yetirən qayınatanın cəzası məlum oldu   - Məhkəmə qərarı

saytların hazırlanması

Evə çatdırılma

Kürəkənini qətlə yetirən qayınatanın cəzası məlum oldu - Məhkəmə qərarı

Kriminal

12 Yanvar 2022 16:52 780


Binəqədi rayonunda kürəkənini qətlə yetirməkdə təqsirləndirilən Mehdi Abdullayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il martın 14-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Marqarita pizza

Belə ki, M.Abdullayev qəsəbə ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kürəkəni, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunu bıçaqlayaraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!