Kürt yatan toyuq narkotik “yumurtladı” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kürt yatan toyuq narkotik “yumurtladı” - VİDEO

Maraqlı

04 Noyabr 2022 10:46 893


Türkiyənin Konya şəhərində Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinə bir ünvanda narkotik maddə tapıldığı barədə məlumat daxil olub.  

Polis qrupu şübhəli evdə axtarış əməliyyatı keçirib və maraqlı halla qarşılaşıb.

Belə ki, evdə kürt yatan toyuğun altından yumurta yerinə narkotik maddə çıxıb. pizza

Polis toyuğu qaldırıb və torbalarda narkotik aşkar edib.

Evdə aparılan ətraflı axtarış zamanı isə 824 qram metamfetamin, 38 narkotik həb, iki elektron tərəzi, bir sənədsiz tapança və 11 min 100 TL ələ keçirilib.

Şübhəli şəxslər polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə çıxarılıblar. Onlar həbsxanaya göndəriliblər./Oxu.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!