Türkiyənin kino tarixində iz buraxan "Kurtlar Vadisi" serialının aktyorları illər sonra yenidən bir araya gəlib.
Yenisabah.az Türkiyə mediasına istinadən bildirir ki, aktyorlar rejissor Osman Sınava dəstək məqsədilə bir görüş təşkil edərək həmin anları sosial şəbəkələrdə yayımlayıblar.
Aktyor Selçuk Yöntəm görüş barədə yazıb: pizza
“Əziz dostum və rejissor Osman Sınavı ziyarət etdik, birlikdə çox əyləndik. Köhnə günləri yad etdik və bu, məni çox sevindirdi. Osman Sınavın varlığı bizim üçün dəyərlidir”.
Paylaşılan fotolar izləyicilər arasında böyük marağa səbəb olub.
Telegram kanalımız