“Kurtlar Vadisi”ndən şikayət etdilər: “Atam bu seriala görə bizi döyür”

saytların hazırlanması

Evə çatdırılma

“Kurtlar Vadisi”ndən şikayət etdilər: “Atam bu seriala görə bizi döyür”

Şou

13 İyul 2019 10:54 1561


Türkiyə Televiziya və Radio Şurasına (RTÜK)  “Kurtlar Vadisi” serialına görə 1060 şikayət daxil olub.

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, bu şikayətlər 1 iyun 2014 -1 may 2019-cu illəri əhatə edir.

Şikayətlər əsasən serialın insan psixologiyasına mənfi təsiri; kişilərin özlərini serialdakı Polat Alemdar obrazının yerinə qoyaraq ailə fərdlərinə fiziki zorakılıq göstərməsi; bir çox səhnədə silah, qan və ölümün açıq aydın göstərilməsi  səbəbilə izləyənlərdə şiddətə meyllilik yaratması və s. kimi səbəblərlə bağlıdır.

Gələn şikayətlərdən birində belə deyilir:

“Atam bu seriala görə bizi döyür”.

RTÜK-ə şikayət ərizəsi göndərənlər serialın efirdən yığışdırılmağını tələb ediblər.

Sabrina

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!