Türkiyənin tanınmış aktyoru Selçuk Yöntemin özündən 38 yaş kiçik aktrisa ilə eşq yaşadığı iddia edilib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun 29 yaşlı Tuvana Turkayla sevgili olduğu deyilir.
Ötən gün 67 yaşı olan aktyora Tuvananın romantik təbrik yazmağı sosial şəbəkələrdə xeyli müzakirə edilib. Toyuqlu pizza
Aktrisa təbrikində “Sənin həyat sinfində təkrara düşməliyəm. Təkrar-təkrar oxumalıyam bütün qəlbindən keçənləri. Heç bir cümləmizin hissimizin boşluğa düşmədiyi, gülüşümüzün əksilmədiyini, gözəl günlərə, neçə illərə” - deyə qeyd edib.
Bir müddət sonra aktrisa yazdığı təbriki hesabından silib.
Selçuk Yöntem isə jurnalistlərin Tuvana ilə bağlı verdiyi sualların heç birini cavablamayıb.
Qeyd edək ki, Selçuk Yönetmən “Kurtlar Vadisi” serialında yaratdığı obrazdan sonra qısa müddət ərzində məşhurlaşdı.
Telegram kanalımız