Kütləvi məzarlıqlardan 400-dən artıq insan meyit qalıqları aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Kütləvi məzarlıqlardan 400-dən artıq insan meyit qalıqları aşkarlanıb

Maraqlı

03 İyun 2023 14:35 1045


"İndiyədək aşlarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb".

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb. Toyuqlu pizza

Şöbə rəisi bildirib ki, məzarlıqlardan tapılan insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dən artıq məhkəmə molekulyar genetik ekpertizası təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!