Kütləvi zəhərlənmələrin baş verdiyi restoranların adları AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Kütləvi zəhərlənmələrin baş verdiyi restoranların adları AÇIQLANDI

Hadisə

11 Avqust 2024 23:41 1488


Gəncə və Göygöldə kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə "Ağ ayı", "Xan yurdu" və "Araz" iaşə obyektlərində, eyni zamanda mərasim evində qeydə alınıb.

Fərqli hadisələr zamanı hələ ki, dəqiq bilinməyən səbəbdən 130 nəfərdən çox zəhərlənən var. Hər üç hadisə ilə bağlı Göygöl Rayon prokurorluğunda araşdırma aparılır. pizza sifarişi

Prokurorluğun müstəntiqləri hadisə yerlərinə cəlb ediliblər. İlkin dəlil və sübutlar toplanıb, o cümlədən, zəhərlənməyə səbəb olacaq qidalardan nümunələr götürülüb.

Hazırda zəruri istintaq hərəkətləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!