Küveytdə oynayan futbolçumuz ölkəyə qayıda bilmir

saytların hazırlanması

Evə çatdırılma

Küveytdə oynayan futbolçumuz ölkəyə qayıda bilmir

İdman

20 Aprel 2020 14:03 979


"Küveytdə 24 saat karantin rejimdir. Alış-verişə belə onlayn icazə verilir. Hər şeyi qapıya gətirirlər. Çölə çıxa bilmirik"

Yenisabah.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamsında Küveytin "Əl-Salmiyə" klubunda çıxış edən Azərbaycanlı futbolçu Kamal Mirzəyev deyib.

Mirzəyev vətənə qayıtmaq istədiyini, amma bunun hələ mümkün olmadığını bildirib: "25 fevraldan oyunlar dayandırılıb. Martın 20-də dedilər ki, çempionat avqusta kimi təxirə salındı. Marqarita pizza

O gündən hələ də vətənə qayıda bilməmişəm. Hazırda təyyarə reyisləri yoxdur deyə qayıda bilmirəm. Səfirliklə danışıqlar gedir, yaxın vaxtlarda təyyarə göndərilməlidir. Görək nə vaxt göndərirlər".

Azərbaycanlı futbolçu Küveytdəki gələcək karyerasından da danışıb: "Müqavilə məsələsi hamıda qalıb. Rəhbərlik heç kimə heç nə demir. Maaşların veriləcəyi deyildi. Amma aprel və may ayları dondurulub. Yəqin ki, müqavilələr 3 aylıq uzadılacaq. Ondan sonra bilmirəm necə olacaq".

"Əl-Samiyə"nin üzvü Koronavirusla mübarizəyə dəstək üçün maddi yardım etmələrindən də söz açıb: "Dövlət büdcəsinə yardım kompaniyası çərçivəsində bütün idmançıların maaşlarından 2500 dollar pul tutuldu.

Ölkədə aşağı səviyyədə yaşayan təbəqəyə kömək üçün Küveyt Futbol Federasiyası bu addımı atdı. Hamı da bir nəfər kimi bununla razılaşdı".

    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!